"Qalatasaray" və "Fənərbağça"nın növbəti transfer yarışı - FOTO

Qalatasaray və Fənərbağçanın növbəti transfer yarışı - FOTO
İdman 123

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Qalatasaray" və "Fənərbağça" gənc oyunçu transferlərinə də diqqət ayırıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, iki komanda eyni oyunçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

"Fənərbağça" İngiltərənin "Lester Siti" klubu ilə müqaviləsi başa çatan Vilfred Ndidi ilə maraqlandığı, oyunçunun transferi üçün digər İstanbul nəhəngi "Qalatasaray"ın hərəkətə keçdiyi iddia edilir.

"Qalatasaray" ulduz futbolçu üçün hazırlıqlara başlayıb və futbolçunun şərtlərini soruşub.

Qeyd olunub ki, "Fənərbağça" 27 yaşlı futbolçunun meneceri ilə əlaqə saxlayıb.

Xatırladaq ki, 2023-2024-cü il mövsümündə "Lester Siti"nin heyətində 36 rəsmi matçda forma geyinən Vilfred Ndidi bu matçlarda 6 qol vurub, 6 məhsuldar ötürmə edib.

Son xəbərlər