Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ
Sentyabrın 23-də Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində aşkarlanan qadın meyiti ilə bağlı yeni təfərrüat məlum olub.
BAKU.WS Bizim.Media-ya istinadla xəbər verir ki, əvvəllər hadisənin qısqanclıq zəminində baş verdiyi, öldürülən 1976-cı il təvəllüdlü Səadət Həsənovanın isə qətli törətməkdə şübhəli bilinən, 1999-cu il təvəllüdlü Kamran Seyidovla qeyri-rəsmi nikah münasibətində olduğu bildirilib.
Səadət Həsənovanın ailəsi yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Ailə üzvlərinin sözlərinə görə, Səadət Həsənova ilə Kamran Seyidov arasında hər hansı sevgi münasibəti və ya qeyri-rəsmi nikah olmayıb. Onlar qətlin də qısqanclıq zəminində baş vermədiyini, hadisənin pul məsələsi ilə bağlı olduğunu iddia edirlər.
Qətlə yetirilən qadının qardaşı Rasim Babayev bildirib ki, Səadət Həsənova Bakıda fəaliyyət göstərən restoranlardan birində aşpaz işləyib. Kamran Seyidov da həmin restoranda çalışıb və hadisə qadının işdən çıxaraq evə getdiyi zaman baş verib.
R.Babayev deyib ki, Kamran Seyidov işdən sonra Səadət Həsənovanı izləyib və qadın evinə yaxınlaşarkən ona hücum edib:
"Bacımın işdən çıxıb evinə çatması uzağı 15 dəqiqə çəkir. İşdən çıxıb evə gedirmiş. Kamran Seyidov da onun arxasınca düşüb. Bacım yolu keçəndə Kamran arxadan onun boynundan tutub və ürək nahiyəsinə bıçaq zərbələri endirib. Hadisə kameralara da düşüb. Səbəb bacımın boynundakı 70 qramlıq boyunbağı olub. Amma bacımın adı çox ağır formada ləkələnib. Burada hər hansı münasibətdən, qısqanclıqdan söhbət gedə bilməz. Onun övladları və doğmaları da bu məlumatlardan şok vəziyyətindədir".
Səadət Həsənovanın qardaşı oğlu İlkin Babayev də hadisənin şəxsi münasibətlərlə deyil, pul məsələsi ilə bağlı olduğunu bildirib:
"Bibim ailəsi ilə birgə uzun illərdir Bakıda yaşayır. Kamran Seyidov onun işçisi olub. Aralarında pul mübahisəsi düşüb. Hadisə də bundan sonra baş verib. Evinə təxminən 10 metr məsafə qalmış bibimi qətlə yetirib".
Qeyd edək ki, sentyabrın 23-də saat 15 radələrində Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində qadın meyiti aşkarlanıb. Aparılan araşdırmalar zamanı meyitin Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Səadət Ferma qızı Həsənovaya məxsus olduğu müəyyən edilib. Onun bədənində bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb.
İstintaqla hadisənin sentyabrın 21-də Bakı şəhərinin Xətai rayonunda baş verdiyi müəyyənləşdirilib. Əvvəllər məhkum olunmuş, 1999-cu il təvəllüdlü Kamran Xəzər oğlu Seyidov saxlanılıb.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Məlumat üçün bildirək ki, qadını qətlə yetirməkdə şübhəli bilinən Kamran Seyidov 2024-cü ilin dekabrında baş verən təyyarə qəzasında həyatını itirən qusarlı bacı-qardaş -19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevin ögey qardaşıdır. Kamran Seyidov təyyarə qəzasında həlak olan yaxınlarına görə özünü birinci dərəcəli varis hesab edərək kompensasiyanın ona verilməsini tələb edirdi.
Oxşar xəbərlər
Ağcabədidə 8 kiloqram narkotik aşkarlanıb
Ağcabədi rayonunda 8 kiloqram narkotik vasitə aşkarlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə q...