ÇL-in finalında "Real"ın çərçivəsini qoruyacaq qapıçının adına aydınlıq gəlib

ÇL-in finalında Realın çərçivəsini qoruyacaq qapıçının adına aydınlıq gəlib
İdman 123

İspaniyanın nüfuzlu "Marca" nəşri Çempionlar Liqasının final oyunu - mövsümün həlledici görüşündə "Real Madrid"də qapıçı məsələyə aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, La Liqanın son turunda "Betis"lə (25 may) və "Borussiya Dortmund"la Çempionlar Liqasının finalında qapını belçikalı Tibo Kurtua qoruyacaq.

"Real Madrid"in ukraynalı qapıçısı Andrey Lunin də ispaniyalı Kepa Arrizabalaqa kimi mövsümün son matçlarında meydana çıxmayacaq.

Xatırladaq ki, Çempionlar Liqasının final matçı iyunun 1-də keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər