SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

BAKU.WS xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda Madrid "Real"ı doğma meydanda Almaniyanın "Bayern" klubunu qəbul edib.

Görüş "kral klubu"nun qələbəsi ilə başa çatıb - 2:1.

Qarşılaşmada hesabı qonaqlar açıb. 68-ci dəqiqədə Alfonso Deyvis fərqlənib. Matçın son anlarında isə meydana daxil olan Xoselu dubla imza atıb - 88 və 90 + 1-.

Klublar arasında ilk matçda heç-heçə (2:2) qeydə alınmışdı.

Qeyd edək ki, Karlo Ançelottinin komandası finalda Almaniyanın "Borussiya Dortmunt" klubuna rəqib olub.

Çempionlar Liqasının finalı iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.

BAKU.WS