SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniyanın paytaxtı Berlində davam edən cüdo üzrə Avropa Kuboku turnirinin ikinci günündə Azərbaycanın dörd idmançısı mübarizəyə qoşulacaq.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün başa çatacaq birincilikdə oğlanlar arasında 73 kq çəki dərəcəsində Cəsur İbadlı, 81 kq-da Mehdi Abbasov və Əli Qazıməmmədov, +90 kq çəki dərəcəsində isə Sübhan Axundov qalib adı uğrunda yarışacaqlar.

Qeyd edək ki, yarışın ilk günü idmançılarımız üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar.

BAKU.WS