SİZİN REKLAM BURADA!
055 213 76 73


İnsayder Fabrizio Romano "Real Madrid"in prezidenti Florentino Peresin "Bayer 04"ün baş məşqçisi Xabi Alonsoya rəğbətindən danışıb.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

"Xabi Alonsonun "Real Madrid"də böyük fanatı var - Florentino Peres. Futbolçu olduğu ilk gündən üslubuna, indiki və gələcəklə bağlı fikirlərinə görə ona aşiq olub. O, həmişə onun klubda sevimli oyunçularından biri olub və bu hiss davam edir. Peres Alonsonun "Real Madrid"in baş məşqçisi olması üçün hər şeyə sahib olduğuna inanır.

Xabi çox ağıllı insandır. O, Ançelottinin əfsanəvi məşqçi olduğunu bilir və ona böyük hörmət bəsləyir, lakin "Real Madrid"də hər il yeni bir hekayə yaşanır. Gələcək yaz yay klubdakı vəziyyətin dəyişəcəyini bilir", - Romano fikrini yekunlaşdırıb.

Xatırladaq ki, bir müddət əvvəl Alonsonun cari mövsümün sonunda "Bayer"dən ayrılmayacağı və klubda fəaliyyətini davam etdirəcəyi açıqlanıb.

Qeyd edək ki, Xabi futbolçu karyerası ərzində "Real Sosyedad", "Eybar, "Liverpul", "Real Madrid" və "Bayern" klublarında çıxış edib. Alonso İspaniya millisi ilə Avropa və dünya çempionu olub.

BAKU.WS