Qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrə ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Məşqçilər korpusu yığmaya 23 oyunçu dəvət edib.
Komanda aprelin 1-də Macarıstana yollanacaq. Yığma ayın 5-də B liqasının l qrupu çərçivəsində yerli komanda ilə üz-üzə gələcək.
Siyasət Əsgərovun yetirmələri aprelin 9-da İsveçrəni qəbul edəcək. Bakıda baş tutacaq görüşə saat 16:00-da start veriləcək.
| 1 | Aytac Şərifova | Trabzonspor (Türkiyə) |
| 2 | Nərgiz Əliyeva | Karadeniz Ereğli Belediyespor (Türkiyə) |
| 3 | Günay İsmayılova | Neftçi |
| 4 | Nigar Mirzəliyeva | Zenit |
| 5 | Nərgiz Hacıyeva | Trabzonspor (Türkiyə) |
| 6 | Manə Mollayeva | Neftçi |
| 7 | Ayşən Əhmədova | PAOK (Yunanıstan) |
| 8 | Alina Dorofeyeva | Yenisey (Rusiya) |
| 9 | Diana Məmmədova | Yenisey (Rusiya) |
| 10 | Fidan Cəfərova | Baku Juniors |
| 11 | Aysun Əliyeva | Neftçi |
| 12 | Vüsalə Hacıyeva | Amedspor (Türkiyə) |
| 13 | Firəngiz Teymurova | Neftçi |
| 14 | Jalə Məhsimova | Beylerbeyi Spor (Türkiyə) |
| 15 | Yeliz Acar | Fatih Vətən (Türkiyə) |
| 16 | Peritan Bozdağ | Fatih Vətən (Türkiyə) |
| 17 | Esra Manya | Beşiktaş (Türkiyə) |
| 18 | Kristina Bakarandze | Qalatasaray (Türkiyə) |
| 19 | Coşqunə Əliyeva | Neftçi |
| 20 | Sevinc Cəfərzadə | Eastern Flames (Səudiyyə Ərəbistanı) |
| 21 | Milana Rəhimova | Neftçi |
| 22 | Nazlıcan Parlak | Qalatasaray (Türkiyə) |
| 23 | Vüsalə Seyfəddinova | Olimpiada İmittou (Yunanıstan) |
Oxşar xəbərlər
Dünya futbolunun gənc istedadları bəlli oldu
İngiltərənin "The Guardian" qəzeti "2006-cı il təvəllüdlü ən yaxşı gənc istedadlar"ın siyahısını dərc edib. BAKU.WS sözügedən siyahını təqdim edir. Muslem Anatu...