SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən axşam oynanılan və qalmaqallı hadisələrin yaşandığı "Trabzonspor" – "Fənərbağça" matçının yeni təfərrüatları ortaya çıxmaqda davam edir.

BAKU.WS "Haberler.com"a istinadən xəbər verir ki, qarşılaşmada "Fənərbağça" Fredin 13-cü dəqiqədə vurduğu qolla 1-0 önə keçib. Qola sevinən "Fənərbaxça"nın texniki heyətinə "Trabzonspor" azarkeşləri tərəfindən yad əşyalar atılıb.

Atılan əşyalardan biri baş məşqçi İsmayıl Kartala dəyib.

Serdar Dursun Kartalın başına yad cisim dəydikdən sonra rəqib komandanın azarkeşləri salamlayarkən görüntülənib.

Xatırladaq ki, ötən gecə "Fənərbağça"nın 3:2 qalib gəldiyi matçdan sonra "Trabzonspor" azarkeşləri qonaq futbolçulara hücum ediblər və futbol arenası döyüş meydanına çevrilib.

Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib ki, hadisələrlə bağlı 12 nəfər saxlanılaraq nəzarət altına alınıb və barələrində lazımi araşdırmalar aparılır.

İndiyədək müəyyən edilən 12 şəxs barəsində məhkəmə və inzibati proseslərə başlanılıb.

BAKU.WS
VİDEO