SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə millisi bu il Almaniyada keçiriləcək 2024-cü il Avropa çempionatının əsas formasını təqdim edib.

BAKU.WS xəbər verir ki, ağ rəng formanın sinə hissəsində qırmızı zolaq və zolaqda ay-ulduz loqosu olacaq.

Qırmızı forma isə tamamilə qırmızı rəng olacaq və sinəsində ay-ulduz loqosu olacaq.

Formaların aşağı hissəsində Türkiyə Futbol Federasiyasının loqosu yer alacaq.

Xatırladaq ki, İyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək AVRO 2024 Münhendəki "Allianz Arena"da Almaniya və Şotlandiya yığmaları arasında keçiriləcək açılış matçı ilə başlayacaq.

Turnirdə Türkiyə yığması F qrupunda yer alıb. "Ay-ulduzlular" C divizionunda pley-off mərhələsinin qalibi Gürcüstan, Yunanıstan, Qazaxıstan, Lüksemburq) ilə üz-üzə gələcəklər.

Yığma qrupda ikinci oyununu iyunun 22-də Dortmundda Portuqaliyaya, üçüncü oyununu isə iyunun 26-da Hamburqda Çexiyaya qarşı keçirəcək.

BAKU.WS