SİZİN REKLAM BURADA!
055 213 76 73


FİFA prezidenti Canni İnfantino dünən keçirilən "Trabzonspor" - "Fənərbağça" matçından sonra baş verənlərlə bağlı açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında edib.

Zorakılığın meydanda və meydandan kənarda yeri olmadığını bildirən İnfantino bildirib:

"Trabzonspor" - "Fənərbağça" matçından sonra baş verən zorakılıq qətiyyən qəbuledilməzdir. Meydanda və ya meydandan kənarda bunun nə idmanımızda, nə də cəmiyyətimizdə yeri yoxdur. Bunu əvvəllər də demişəm, yenə də deyirəm. Futbolda istisnasız bütün oyunçuların, dünyanın hər yerindəki bir çox insanlara bu qədər əyləncəli oyun nümayiş etdirməsi üçün təhlükəsiz olması lazımdır. Mən aidiyyatı qurumları buna bütün səviyyələrdə hörmətlə yanaşmağı və Trabzonda baş verən sarsıdıcı hadisələrin səbəbkarlarının əməllərinə görə cavab vermələrini təmin etməyə çağırıram".

Xatırladaq ki, Türkiyə Superliqasının 30-cu turunda "Fənərbağça"nın "Trabzonspor"u 3:2 hesabı ilə məğlub etdiyi matçın yekununda qalmaqal yaranıb. Trabzon azarkeşləri oyunun final fiti səsləndikdən sonra meydana daxil olaraq qələbəni qeyd edən İstanbul təmsilçisinıin futbolçularına hücum ediblər.

BAKU.WS