Niko Kovaç istefaya göndərildi
17
mar
2024
20:15
"Volfsburq" baş məşqçisi Niko Kovaçı istefaya göndərib.
BAKU.WS xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Komandanın dünən Bundesliqanın 26-cı turunda "Auqsburq"a doğma meydanda (1:3) məğlubiyyətdən sonra bu qərar verilib.
"Volfsburq" ardıcıl 3-cü dəfə uduzub.
Qeyd edək ki, 52 yaşlı xorvatiyalı mütəxəssis 2022-ci ilin yayından "Volfsburq"u çalışdırırdı. 26 turdan sonra komanda Bundesliqada 25 xalla 14-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Dünya futbolunun gənc istedadları bəlli oldu
İngiltərənin "The Guardian" qəzeti "2006-cı il təvəllüdlü ən yaxşı gənc istedadlar"ın siyahısını dərc edib. BAKU.WS sözügedən siyahını təqdim edir. Muslem Anatu...