Azərbaycan millisi Bolqarıstana böyük hesabla uduzub

Azərbaycan millisi Bolqarıstana böyük hesabla uduzub
İdman 1

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda Bolqarıstana uduzub.

"Report" xəbər verir ki, qarşılaşma Bolqarıstanın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

B qrupunda yer alan millimizin yeganə qoluna 25-ci dəqiqədə Xanım Əsədova imza atıb.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə növbəti matçını martın 17-də Sloveniya millisinə qarşı keçirəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər