Şota Arveladze istefa verdi
10
mar
2024
17:25
"Fatih Karagümrük"ün baş məşqçisi Şota Arveladze istefa verib.
BAKU.WS "NTV Spor"a istinadən xəbər verir ki, o, Superliqada "Trabzonspor"a qarşı 1:5 hesablı məğlubiyyətdən sonra bu qərarını açıqlayıb.
"Yaxşı həftə keçirdik, amma meydanda hər şey pis oldu. Bu heyət belə olmamalıdır. Bu heyətdən daha çox gözləntilər var. Mənim üçün də gözləntilər az idi. Oyunçular da cavab verə bilərdilər. Sevdiyim klubdur. Vəzifəni tərk edirəm", - mütəxəssis deyib.
Qeyd edək ki, Arveladze ötən ilin dekabrında komandanın sükanı arxasına keçib.
Oxşar xəbərlər
Ahmet Çakar: "Hakim matçı "Karagümrük"dən alıb "Fənərbağça"ya verdi" - FOTO
Türkiyə Super Liqasının 13-cü həftəsində "Fənərbağça" öz meydanında "Fatih Karagümrük"ü 2:1 hesabı ilə məğlub edib. "Karagümrük"lü futbolçular qarşılaşmada, Səm...