SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniya nəhəngi "Real Madrid"in vingeri Vinisius Junior "Valensiya" ilə XXVII turun son matçında hakimi tənqid etdiyinə görə ən azı 4 oyunluq futboldan kənarlaşdırıla bilər.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Mənbənin sözlərinə görə, İspaniya Kral Futbol Federasiyasına şikayət ediləcəyi təqdirdə braziliyalı futbolçu cəzalandırıla bilər.

Vinisiusun diskvalifikasiyası üçün əsasların olub-olmadığını qiymətləndirmək üçün xüsusi ekspert təyin olunacaq.

Əgər ekspert oyunçunun günahını təsdiqləsə, oyunçunu ən azı dörd oyunluq cəza və 601 avrodan 3 005 avroya qədər cərimə gözləyir.

Xatırladaq ki, futbol üzrə İspaniya çempionatının XXVII turu çərçivəsində "Real" səfərdə "Valensiya" ilə heç-heçə edib. Valensiyadakı "Mestalya" stadionunda keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.

BAKU.WS