Azərbaycanın MMA döyüşçüsü: “Ali Baş Komandanımızın, qazilərimizin, şəhidlərimizin sayəsində buradayıq”

Azərbaycanın MMA döyüşçüsü: “Ali Baş Komandanımızın, qazilərimizin, şəhidlərimizin sayəsində buradayıq”
İdman 1

“Ali Baş Komandanımızın, qazilərimizin, şəhidlərimizin sayəsində buradayıq”.

Bunu “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev deyib.

Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” - MOİK oyunu üçün Xankəndiyə yollanan Vətən müharibəsi iştirakçısı buna görə qürur duyduğunu bildirib:

“Qürurvericidir ki, Azərbaycanın Dövlət Himni Xankəndidə səslənir. Himnin səsləməsini, Prezident İlham Əliyevin burada çıxış etməsini sözlə ifadə etmək çətindir. Azərbaycan öz torpaqlarını artıq azad edib. Həm Vətən müharibəsi iştirakçısı, həm də peşəkar döyüşçü kimi bu hissləri bizə yaşatdıqları üçün Prezidentimizə, qazilərimizə təşəkkür edir, şəhidlərin qarşısında baş əyirik”.

T.Musayev sonda hər iki komandaya uğurlar arzulayıb: “Güclü kimdir, o qalib gəlsin”.

Qeyd edək ki, bu gün Xankəndi şəhər stadionunda keçiriləcək “Qarabağ” - MOİK oyunu saat 14:00-da başlayacaq.

Son xəbərlər