"Nikosayağı" qəzaya düşdüyü avtomobilinin nömrəsini fantastik qiymətə SATIŞA ÇIXARDI

Nikosayağı qəzaya düşdüyü avtomobilinin nömrəsini fantastik qiymətə SATIŞA ÇIXARDI
Hadisə 1886

Nikosayağı" kimi tanınan bloqer Nicat Şakirli qəzaya düşdüyü "Porsche" markalı avtomobilinin nömrəsini satışa çıxarıb.

Oxu.Az xəbər verir ki, 10-GR-005 dövlət qeydiyyat nişanlı maşın 10 min dollara (17 min manata) təklif olunur.

Qeyd edək ki, bir müddət əvvəl isə avtomobil ehtiyat hissələrinə bölünərək ayrı-ayrılıqda satılıb.

Xatırladaq ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb - onun sağ qolu dirsəkdən amputasiya olunub.

Oxşar xəbərlər

Bakıda avtomobil alışaraq yanıb, yanğın söndürülüb

Bakıda avtomobil alışaraq yanıb, yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil...

299 Hadisə 22:10 15 sentyabr 2024

Son xəbərlər