“Xoş gəldin” 11 il sonra yenidən gündəmə gəldi - VİDEO
Xalq artisti Tünzalə Ağayeva yeni duetini təqdim edib.
BAKU.WS xəbər verir ki, pop ulduz bu dəfə gənc müğənni, “Avroviziya” iştirakçısı, “The Voice” yarışmasının qalibi Nadir Rüstəmli ilə bir araya gəlib.
Estrada ulduzları 2013-cü ildə çıxan “Xoş gəldin” mahnısına yeni nəfəs veriblər.
Onların duetləri böyük maraqla qarşılanıb.
Xalq artisti yaranan duetlə bağlı təəssüratlarını bölüşüb:
“Nadir Rüstəmli böyük səs diapazonuna malikdir. Bu mahnının öhdəsindən özünəməxsusluqla, məharətlə gəldi. Mən çox bəyəndim duetimizi və inanıram ki, mahnımın duet versiyası da çox seviləcək”.
Qeyd edək ki, sözügedən duet Heydər Əliyev Mərkəzinin parkında gerçəkləşən “Yay festivalı” adlı bağlanış konsertində səsləndirilib.
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Resp...