Bakıda ATIŞMA: Bir nəfərin məhv edildiyi ərazidən GÖRÜNTÜLƏR
Bu gün Bakının Sabunçu rayonunda narkopritonda silahlı insident baş verib.
Əməliyyat tədbirində polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib.
Baku TV-nin əməkdaşları sözügedən ərazidə olublar. Atışma baş verən yerdən görüntüləri təqdim edirik:***
Paytaxtın Sabunçu rayonunda narkopritonda silahlı insident olub.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, sentyabrın 4-də saat 21 radələrində paytaxtın Sabunçu rayonunda polis əməkdaşları tərəfindən evlərin birində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli daxil olan məlumat üzrə əməliyyat keçirilib.
Əməlliyyat tədbirində polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib.
Müəyyən edilib ki, narkopriton təşkil edən şübhəli şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məmmədov Akif Zakir oğludur.
Hadisə yerindən 2 kq müxtəlif növlü narkotik vasitələr və "Makarov" markalı tapança aşkar olunaraq götürülüb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davam...