Azərbaycanda dəhşətli qəza -  1 ölü, 5 yaralı

Azərbaycanda dəhşətli qəza -  1 ölü, 5 yaralı
Hadisə 1802

Salyan rayonunda ağır yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil yolun kənarında dayanan digər nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində Neftçala rayon sakinləri - Həşimzadə Kamran Əlihüseyn oğlu, Əliyeva Dilbər Habil qızı, Həşimzadə Mədinə Azər qızı, Əliyev Azər Atakişi oğlu, Həşimzadə Əli Kamran oğlu, Həşimzadə Əlihüseyn Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin Kamran Həşimzadənin həkimə qədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Xalq artisti vəfat etdi - FOTO

Xalq artisti vəfat etdi - FOTO

Görkəmli bəstəkar, Xalq artisti professor Tofiq Bakıxanov vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin ailəsindən məlumat verilib. T...

102 Hadisə 00:14 24 avqust 2026

Son xəbərlər