Bakının bu ünvanında evlər sökülür

Bakının bu ünvanında evlər sökülür
Video
Sosial 1955

Bakının Yasamal rayonu, Alatava-1 adlanan ərazisində yaşayan bəzi sakinlər onların xəbəri olmadan evlərinin söküldüyünü iddia edirlər.

Xezerxeber.az-ın məlumatına görə, vətəndaşlar iddia edirlər ki, onlara məlumat verilmədən evləri sökülür.

Bəzi sakinlər ilə razılaşma olub, evləri sökülüb. Ancaq sakinlər deyirlər ki, digər mənzillərin sahibləri də ərazini tərk etsin deyə tikinti şirkəti müxtəlif yollara əl atır.

Məsələ ilə bağlı adıçəkilən tikinti şirkəti ilə əlaqə saxladıq.

Şirkətin hüquqşünası Cabbar Həsənov bildirdi ki, bina üçün nəzərdə tutulan yerlərdə olan evlərin sahibləri ilə razılaşma olduqdan sonra söküntü işləri aparılıb.

Onun sözlərinə görə, şirkət ilə razılıq əldə olunmadığı halda vətəndaş dəymiş ziyanla bağlı müvafiq qurumlara və məhkəməyə müraciət edə bilər.

Oxşar xəbərlər

Son xəbərlər