Çelenc Kuboku: “Azərreyl” 1/16 final mərhələsinin ilk oyununda qələbə qazanıb

09
noy
2023
21:29
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc Kubokunda növbəti qələbəsini qazanıb.
Azərbaycan təmsilçisi turnirin 1/16 final mərhələsinin ilk oyununda İspaniya klubu “Avarka de Menorka”nı Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində məğlub edib.
Komandamız birinci setdə uduzsa da, növbəti üç seti üstün tamamlayaraq, 3:1 (23:25, 25:15, 25:19, 25:23) hesablı qələbə qazanıb. Klublar arasında cavab görüşü noyabrın 15-də baş tutacaq.
Qeyd edək ki, “Azərreyl” əvvəlki mərhələdə Ukrayna “Balta”sını mübarizədən kənarlaşdırıb.
Oxşar xəbərlər
“Azərreyl” avrokuboklarda mövsümə qələbə ilə start verib
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu avrokuboklarda 2023/2024 mövsümünə qələbə ilə start verib. “Report”un məlumatına görə, Azərbaycan təmsilçisi Çele...
