Kəramət Böyükçöl: "Deyirlər, belə yazıçı olar?!"
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı yazıçı Kəramət Böyükçöl olub.
O, insanın yalnız bir dəfə sevdiyini, sonrakı hisslərin isə sadəcə, ilk sevginin təkrarı olduğunu söyləyib:
"İlk dəfə yaşanan o təbii emosiya bir daha geri qayıtmır, sonradan rola girib həmin hissləri yamsılayırsan. İlk məhəbbətdə təcrübəsiz olursan. Sonrakı münasibətlərdə "səni sevirəm" deyəndə isə daxilən bunun neçənci təkrar olduğunu bilir, sadəcə, aktyorluq edirsən".
Kəramət Böyükçöl həmçinin çıxışlarına gələn reaksiyalara münasibət bildirib:
"Bizim cəmiyyətdə "yazıçı" deyəndə klassik obrazlar yada düşür. Ona görə də çıxışlarıma, yazılarıma baxıb "belə yazıçı olar?!" deyirlər. İnsanların düşüncəsində çoxlu mənasız sərhədlər var, amma mən belə adamlara nifrət etmirəm".
Oxşar xəbərlər
FAKTİKİ HAVA: Ölkə ərazisinin bəzi yerlərində şimşək çaxıb, yağış yağıb
Ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, yağış yağıb. Yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub. BAKU.WS xəbər verir ki, bu...