FHN əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas ediblər

FHN əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas ediblər
Video
Hadisə 15

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yevlax rayonu, Əkşəm kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Chevrolet" və "Mercedes" markalı minik avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi və "Mercedes" markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1966-cı il təvəllüdlü Miryunis Miryusif oğlu Mahmudovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda hərbi qulluqçu vəfat edib

Azərbaycanda hərbi qulluqçu vəfat edib

Yevlax rayonu, Qoyunbinəsi kənd sakini, 41 yaşlı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXHQ) Rafiq Şöhrət oğlu Cəfərov vəfat edib. BAKU.WS xəbər ve...

39 Hadisə 10:17 05 iyul 2026

Son xəbərlər