SİZİN REKLAM BURADA!
055 213 76 73


PSJ-nin fransalı hücumçusu Kilian Mbappe komandada qalacağını təsdiqləyib.

BAKU.WS-in xarici mətbuata istinadən xəbərinə görə, bu barədə məlumatı "AS" nəşri yayıb.

"Bəli, mən Parisdə qalıram. Daha bir il müqaviləm var və klub yaxşılaşmaq üçün əlindən gələni edir. Buna görə də qalmaqdan çox xoşbəxt olacağam", - Kilian bildirib.

Qeyd edək ki, Mbappe 2022-ci ilin mayında PSJ ilə müqaviləsini 2023/24 mövsümünün sonuna qədər uzadıb.

BAKU.WS