VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şuşada keçiriləcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunlarında iştirak edəcək komandalar bəlli olub.

Federasiyadan BAKU.WS-ə verilən məlumata görə, turnirdə Azərbaycan yığması ilə birlikdə ümumilikdə 8 kollektiv qüvvəsini sınayacaq.

Bunlar Azərbaycan, Almaniya, Niderland, Rumınya, Macarıstan və Türkiyə seçmələri, həmçinin, Yaponiyanın "G FLOU" klubu və "Neftçi" komandası olacaq.

Qeyd edək ki, 12-13 iyunda Şuşadakı "Tut Bağında" keçiriləcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

BAKU.WS