Şuşadakı basketbol turnirinə qatılacaq komandalar açıqlanıb

02
iyn
2023
22:59
Şuşada keçiriləcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunlarında iştirak edəcək komandalar bəlli olub.
Federasiyadan BAKU.WS-ə verilən məlumata görə, turnirdə Azərbaycan yığması ilə birlikdə ümumilikdə 8 kollektiv qüvvəsini sınayacaq.
Bunlar Azərbaycan, Almaniya, Niderland, Rumınya, Macarıstan və Türkiyə seçmələri, həmçinin, Yaponiyanın "G FLOU" klubu və "Neftçi" komandası olacaq.
Qeyd edək ki, 12-13 iyunda Şuşadakı "Tut Bağında" keçiriləcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Oxşar xəbərlər
Azərbaycanın 3x3 basketbol millisi Serbiya oyun keçirdi
3x3 basketbol idman növü üzrə Azərbaycan yığma komandası qarşıdakı Avropa Kubokuna hazırlıqlarını davam etdirir. Azərbaycan Basketbol Federasiyasının mətbuat xi...
