SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi, "Fənərbaxça"nın sabiq futbolçusu Ümit Özatın mövsümün əvvəlində verdiyi sözü ona yenidən xatırladıb. 

BAKU.WS xəbər verir ki, o, bu barədə öz instaqram hesabında paylaşım edib.

"Ümitin sözünün arxasında dayanan biri olduğuna ümid edirəm. Bütün azarkeşlərimiz və mən səni sarı-qırmızı saçlarla görməyi gözləyirik" - deyə, İkardi paylaşımında qeyd edib.

Xatırladaq ki, Ümit Özat mövsümün əvvəlində "Mauro İkardi 20 qol vursun, Allaha and olsun ki, saçlarımı sarı qırmızıya boyayacam" sözlərini işlətmişdi. Ümit Özat argentinalı futbolçu 19 qola çatanda tvitter hesabında "Allahın varsa, daha 1 qol vurmazsan" deyib paylaşmışdı. 

BAKU.WS