İkardi 20 qol vursa saçımı sarı-qırmızı edəcəm deyən "Fənərli"yə İkardidən cavab: "Gözləyirik" - FOTO

İkardi 20 qol vursa saçımı sarı-qırmızı edəcəm deyən Fənərliyə İkardidən cavab: Gözləyirik - FOTO
İdman 344

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi, "Fənərbaxça"nın sabiq futbolçusu Ümit Özatın mövsümün əvvəlində verdiyi sözü ona yenidən xatırladıb.

BAKU.WS xəbər verir ki, o, bu barədə öz instaqram hesabında paylaşım edib.

İkardi 20 qol vursa saçımı sarı-qırmızı edəcəm deyən

"Ümitin sözünün arxasında dayanan biri olduğuna ümid edirəm. Bütün azarkeşlərimiz və mən səni sarı-qırmızı saçlarla görməyi gözləyirik" - deyə, İkardi paylaşımında qeyd edib.

Xatırladaq ki, Ümit Özat mövsümün əvvəlində "Mauro İkardi 20 qol vursun, Allaha and olsun ki, saçlarımı sarı qırmızıya boyayacam" sözlərini işlətmişdi. Ümit Özat argentinalı futbolçu 19 qola çatanda tvitter hesabında "Allahın varsa, daha 1 qol vurmazsan" deyib paylaşmışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər