Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Türkiyə Superliqasında çıxış edən "Konyaspor" klubunun üzvü Mahir Emreli zədəli olduğu üçün Azərbaycan milli komandasının təlim-məşq toplanışında və Avro-2024-ün seçmə mərhələsi çərçivəsində bu ay keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək.
Xatırladaq ki, Azərbaycan millisi martın 24-də Avstriya, 27-də isə İsveçə qarşı AVRO-2024-ün seçmə mərhələ oyununa çıxacaq.
Hər iki qarşılaşma səfərdə baş tutacaq.
BAKU.WS