SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, 57 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə italiyalı Auroro Russo ilə üz-üzə gəlib. Rəqibini 6:2 hesabı ilə məğlub edən Əliyeva fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

53 kq-da yer alan Gültəkin Şirinova isə bürünc medal qarşılaşmasında moldovalı Mariana Draqatuna uduzaraq 5-ci yerlə kifayətlənib.

Bu gün, həmçinin, 65 kq-da Birgül Soltanova final görüşünə çıxacaq. Onun rəqibi rumıniyalı Amina Kapezan olacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb. Qadın güləşçilərdən isə Elnurə Məmmədova (55 kq) bürünc medala yiyələnib.

BAKU.WS