5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

Qış transfer pəncərəsində Ağdamın "Qarabağ" futbol klubundan Rusiyanın "Krasnodar" kollektivinə transfer olunan Kadi Borqesin yeni komandasında debütü baş tutub.

BAKU.WS xəbər verir ki, braziliyalı futbolçu Əbu-Dabidə təşkil olunan Rusiya Premyer Liqası Winline Qış Kuboku turnirinin ilk turunda komandasının heyətində "Soçi" komandasına qarşı oyunda meydanda olub.

"Qarabağ"ın sabiq futbolçusu matçda aktivliyi ilə seçilib. 78-ci dəqiqədə Kadiyə qarşı kobud hərəkətə görə, rəqib klubun futbolçusu qırmızı vərəqə alaraq meydandan qovulub.

Kadi Borqes isə zədələnərək meydanı tərk edib. Oyun isə Kadinin yeni klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

BAKU.WS
VİDEO

QALEREYA