VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu - 3-cü turun digər oyunları keçiriləcək.

BAKU.WS xəbər verir ki, C və D qruplarında mübarizə baş tutacaq.

C qrupunun lideri Polşa ikinci sıradakı Argentina ilə üz-üzə gələcək. Səudiyyə Ərəbistanı yığması Meksikanın müqavimətini qırmağa çalışacaq. Bu qrupda bütün komandaların 1/8 final mərhələsinə yüksəlmək şansları var.

D qrupunda pley-offu təmin edən Fransa Tunislə, Avstraliya isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək. Digər üç komandanın pley-off şansları davam edir.

DÇ-2022

Qrup mərhələsi, III tur

30 noyabr

D qrupu

19:00. Avstraliya - Danimarka

19:00. Tunis - Fransa

Xal durumu: Fransa - 6, Avstraliya - 3, Danimarka - 1, Tunis - 1

C qrupu

23:00. Polşa Argentina

23:00. Səudiyyə Ərəbistanı - Meksika

Xal durumu: Polşa - 4, Argentina - 3, Səudiyyə Ərəbistanı - 3, Meksika - 1

BAKU.WS