SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Qurban Qurbanovun yetirmələri V turun matçına çıxıb. "Bojuar" stadionundakı görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Şahruddin Məhəmmədəliyevin kobud səhvindən hesabı açan rəqib üstünlüyünü fasiləyədək qoruyub. “Köhlən atlar” ikinci yarıda bərabərlik qoluna imza atıb. Filip Ozobiç penaltidən dəqiq istifadə edib – 1:1. Amma meydan sahibləri uzatma dəqiqələrində qələbə qolunu vurmağa müvəffəq olub – 2:1. 

Beləliklə, bu nəticədən “Qarabağ” 7 xalla 2-ci pillədəki mövqeyini qoruyub. 6 xalı olan "Nant" isə 3-cü sırada qərarlaşıb. E qrupunun digər oyununda “Frayburq” Almaniyada Yunanıstan “Olimpiakos”u ilə 1:1 hesablı edərək, liderliyi təmin edib və 1/8 finala yüksəlib.

***00:53

Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda ikinci hissəyə əlavə olunmuş vaxtda rəqib hesabı artırıb.

Əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə "Nant" qələbə topunu vurub. İkinci hissədə meydana daxil olan İqnatius Qanaqo fərqlənib.

00:12

Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda ikinci hissədə hesab bərabərləşib.

56-cı dəqiqədə penaltidən fərqlənən Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiç tarazlığı bərpa edib - 1:1.

*** 00:03

Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda ikinci hissə başalayıb.

"Qarabağ" klubu ilk hissədən sonra hesabda geridədir - 0:1.

***2022-10-27 23:47

Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda ilk hissə başa çatıb.

"Qarabağ" klubu fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb. Lüdovik Blas 16-cı dəqiqədə topu "köhlən atlar"ın qapısından keçirib.

***23:17

Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda hesab açılıb.

"Bojuar" stadionunda oynanılan qarşılaşmada rəqib komanda hesabı açıb. Lüdovik Blas 16-cı dəqiqədə topu "köhlən atlar"ın qapısından keçirib.

***23:00

Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başlayıb.

"Bojuar" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edir.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş matç "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

BAKU.WS