Polşalı baş məşqçi: "Azərbaycan millisi favoritlər siyahısındadır"

Polşalı baş məşqçi: Azərbaycan millisi favoritlər siyahısındadır
İdman 116

"Rəqib favoritlər siyahısındadır. Gələn ilin martında dogma meydanda keçirəcəyimiz görüşdə isə biz favorit kimi meydana çıxacağıq”.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu futzal üzrə Polşa milli komandasının baş məşqçisi Blajey Korçinski Bakıda Azərbaycan yığmasına 3:4 hesabı ilə uduzduqları dünya çemionatının əsas seçmə mərhələ oyunundan sonra deyib.

44 yaşlı polşalı mütəxəssis matçın çətin alındığını bildirib: "Formalaşmış komandaya qarşı çıxış etdik. 5-6 futzalçımız zədəli olduğuna görə, Bakıya gətirə bilmədik. Oyun başa çatıb və bu görüşü unutmalıyıq. Azərbaycanla Polşada da oyunumuz var".

Oxşar xəbərlər

“Neftçi”də yeni məşqçi TƏYİNATLARI

“Neftçi”də yeni məşqçi TƏYİNATLARI

“Neftçi” Futbol Akademiyasında 2022/2023-cü illər mövsümündə çalışacaq məşqçilər müəyyənləşib. BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsü...

103 İdman 22:22 11 iyul 2022

Son xəbərlər