Marselo "Qarabağ"la oyundan danışdı - FOTO

07
okt
2022
17:47
"Olimpiakos"un ulduz futbolçusu Marselo dünən gecə baş tutan "Olimpiakos"-"Qarabağ" matçı haqqında fikirlərini bölüşüb.
BAKU.WS xəbər verir ki, braziliyalı futbolçu bu barədə özünün rəsmi instaqram hesabında yazıb.
"5 ay futbol oynamadıqdan sonra geri qayıtmaq asan deyil. Lakin formama dönəcəm. Bəhanələr etməyəcəm. Bu, gözlənilən debütüm olmadı, lakin getdikcə yaxşılaşacağıma əminəm", - deyə Marselo bildirib.
Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsində baş tutan qarşılaşmada "köhlən atlar" rəqibi 0-3 hesabı ilə məğlub edib.
Qalereya
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" "Olimpiakos"u darmadağın etdi - YENİLƏNİB
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. "Qarabağ" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olub. "Georgios K...