SİZİN REKLAM BURADA!
055 213 76 73


AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

BAKU.WS xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

- Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi ilə müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılıb.

- Azərbaycan U-19 milli komandasının baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verilib. U-19-un baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.

- Qızlardan ibarət milli komandaların baş məşqçiləri təsdiq olunub:

Azərbaycan U-19 (qızlar) – Zamir Həsənov

Azərbaycan U-17 (qızlar) – Nərgiz Qurbanova

Azərbaycan U-15 (qızlar) – Xanlar Əliyev

- Lisenziyalaşdırma qaydalarında (Buraxılış - 2022) müvafiq dəyişikliklər təsdiq olunub.

- Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin aparılması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılıb.

- Yoxlama-Təftiş Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunub:

Sədr

Xalid Cavadov – AFFA nümayəndəsi

Üzvlər:

Xanım Məmmədova – AFFA nümayəndəsi

Tariyel Şirəliyev – SOCAR nümayəndəsi

Hafiz Quliyev – İqtisadiyyat Nazirliyinin nümayəndəsi

Səftər Vəlizadə – Dövlət Auditorlar Palatasının nümayəndəsi

Elnur Kazımov – Dövlət Auditorlar Palatasının sərbəst auditoru.

BAKU.WS