20 il öncə kubok qazanmış voleybolçularımız - İndi nə ilə məşğuldurlar? - FOTO/VİDEO

20 il öncə kubok qazanmış voleybolçularımız - İndi nə ilə məşğuldurlar? - FOTO/VİDEO
Video
İdman 729

Azərbaycan idmanının beynəlxalq arenada tanıdılmasında əvəzsiz xidmətləri olan voleybolumuzun ilk böyük uğuru – qadınlardan ibarət “Azərreyl” klubunun Avropa “Top-komandalar” kubokunu qazanması olub.

BAKU.WS xəbər verir ki, “Azərreyl” klubu 20 il öncə “Yedinstvo” komandasına qalib gələrək Avropa “Top-komandalar” kubokunu qazanıb.

“Azərreyl”in qızıl heyətində çıxış edən voleybolçuların hazırkı durumu və məşğuliyyəti maraqla qarşılanır.

20 il öncə kubok qazanmış voleybolçularımız - İndi nə ilə məşğuldurlar? - FOTO/VİDEO

BAKU.WS voleybolçulardan bəzilərinin son durumu və barələrindəki məlumatı təqdim edir:

Alla Həsənova 1970-ci il 6 avqustda anadan olub. O, ailəlidir. Həyat yoldaşı futbol üzrə Azərbaycan yığmasının sabiq qapıçısı Elxan Həsənovdur. Alla voleybol fəaliyyətini davam etdirir və “Əməkdar məşqçi” adına da layiq görülüb.

20 il öncə kubok qazanmış voleybolçularımız - İndi nə ilə məşğuldurlar? - FOTO/VİDEO

Oksana Kurt (Parxomeko) 28 iyun 1985-ci ildə Bakı şəhərində anadan olub. O, ailəlidir və 4 iyun 2011-ci ildə Türkiyə vətəndaşı Onar Kurt ilə ailə həyatı qurub. Hazırda "Sixteen LLC"nin baş direktorudur.

20 il öncə kubok qazanmış voleybolçularımız - İndi nə ilə məşğuldurlar? - FOTO/VİDEO

Oksana Kurtun bacısı, Yelena Parxomenko 11 sentyabr 1982-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olub.

20 il öncə kubok qazanmış voleybolçularımız - İndi nə ilə məşğuldurlar? - FOTO/VİDEO

Oksana Məmmədyarova 6 aprel 1978-ci ildə anadan olub. O da Alla Həsənova kimi voleybol fəaliyyətini davam etdirir və “Əməkdar məşqçi” adına da layiq görülüb.

20 il öncə kubok qazanmış voleybolçularımız - İndi nə ilə məşğuldurlar? - FOTO/VİDEO

İnessa Qorxmaz 17 yanvar 1972-ci ildə Saratovda dünyaya gəlib. 2000-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat Avropa çempionu, 3 qat Rusiya çempionudur. Rusiyanın əməkdar idman ustasıdır.

2022-ci ilin yanvarında "Dynamo-Ak Bars" gənclər komandasının baş məşqçisi olub. 2021/22-ci illərdə gənclər liqasının qalibi olub. Ailəlidir, iki övladı var, həyat yoldaşı voleybol məşqçisi Neccət Qorxmazdır.

20 il öncə kubok qazanmış voleybolçularımız - İndi nə ilə məşğuldurlar? - FOTO/VİDEO

Valeriya Məmmədova (qızlıq soyadı: Korotenko) 29 yanvar 1984-cü il Bakıda anadan olub. Cüdoçu Nicat Məmmədov ilə ailə həyatı qurub və cütlüyün bir övladı var.

20 il öncə kubok qazanmış voleybolçularımız - İndi nə ilə məşğuldurlar? - FOTO/VİDEO

Nataliya Məmmədova 2 dekabr 1984-cü ildə Donetskdə dünyaya gəlib. O, Çempionlar Liqasının bir matçında qol vurma rekorduna sahibdir: 2005-ci il oktyabrın 18-də “Azərreyl” – “Vakıfbank” oyununda komandasına 47 xal qazandırıb.

20 il öncə kubok qazanmış voleybolçularımız - İndi nə ilə məşğuldurlar? - FOTO/VİDEO

Son xəbərlər