Emin Mahmudov: "Meydanda vuruşmağa çalışacağıq"

21
sen
2022
20:57
"Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə və meydanda vuruşaraq yaxşı nəticə əldə etməyə çalışacağıq".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Slovakiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.
30 yaşlı yarımmüdafiəçi rəqibə sürpriz hazırladıqlarını bildirib. Mahmudov komandada yaxşı əhval-ruhiyyənin olduğunu sözlərinə əlavə edib.
Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb - FOTO/VİDEO - YENİLƏNİB
Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib. BAKU.WS xəbər verir ki, rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" qrup mərhələsində ilk qəl...
