SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.

BAKU.WS xəbər verir ki, rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" qrup mərhələsində ilk qələbəsini qazanıb.

Qeyd edək ki, G qrupunun digər matçında Almaniya "Frayburq"u Yunanıstanda 3:0 hesabı ilə üstələyib. Bundesliqa klubu 2 turdan sonra 6 xalla liderdir. "Nant" və "Qarabağ"ın 3 xalı var. Sonuncu sıradakı "Olimpiakos"un isə xalı yoxdur.

***22:14

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda növbəti qol vurulub. 

BAKU.WS xəbər verir ki, 72-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Marko Yankoviç fərqlənib. Hesab 3-0 olub.

***22:06

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda növbəti qol vurulub.

BAKU.WS xəbər verir ki, 65-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Abdullah Zubir özünün birinci, komandasının ikinci qolunu vurub.

*** 22:01

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki, 60-cı dəqiqədə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. 

***21:47

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda ikinci hissə başlayıb.

BAKU.WS xəbər verir ki, qarşılaşmada hesab açılmayıb.

***21:00

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu başlayıb.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.

Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edir.

G qrupunun digər matçında "Olimpiakos" "Frayburq"u qəbul edir. "Nant" ilk turda Yunanıstan "Olimpiakos"unu məğlub edib - 2:1. "Qarabağ" isə Almaniyada "Frayburq"a eyni hesabla uduzub.

BAKU.WS
VİDEO

QALEREYA