“Qarabağ” bu gün Fransa klubu ilə qarşılaşacaq
“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupundakı II sınağında Fransa “Nant”ını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də başlayacaq. Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edəcək.
“Köhlən atlar”dan zədəli Kevin Medina, Maksim Medvedev və Bədavi Hüseynov oyunu buraxacaq. Qonaqlardan isə Şarl Traore eyni səbəbdən meydana çıxmayacaq.
“Nant” ilk turda Yunanıstan “Olimpiakos”unu məğlub edib - 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.
G qrupunun digər matçında “Olimpiakos” “Frayburq”u qəbul edəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi, II tur
15 sentyabr
20:45. “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa)
Baş hakim: Enea Yorqyi (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Xal durumu: “Frayburq” - 3. “Nant” - 3. “Qarabağ” - 0. “Olimpiakos” - 0.
Qeyd edək ki, qrupun digər matçında “Frayburq” “Olimpiakos”un qonağı olacaq.
Oxşar xəbərlər
"Qarabağ" səfərdə Bundesliqanın liderinə bərabər mübarizədə uduzdu - YENİLƏNİB
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Frayburq” - “Qarabağ” matçı sona çatıb. BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun yetirmələri G qru...