16 yaşlı dağıstanlı futbolçu "Mançester Yunayted"lə müqavilə imzalayıb

16 yaşlı dağıstanlı futbolçu Mançester Yunaytedlə müqavilə imzalayıb
İdman 85

"Mançester Yunayted"in gənclər komandasının rusiyalı cinah hücumçusu Amir İbrahimov mankunianlarla müqavilə imzalayıb.

BAKU.WS xəbər verir ki, bu barədə futbolçunun özü sosial şəbəkədə məlumat verib.

İbrahimov yazıb: “Mən bu formanı və gerbi geyindiyim üçün, bu klubun tarixi ilə bağlı olduğum üçün fəxr edirəm”.16 yaşlı Amir Dağıstanda doğulsa da, uzun müddətdir ki, İngiltərədə "Mançester Yunayted"də çıxış edir. 2023-cü ilin fevralında Amir 60 dəqiqə meydanda keçirərək, Belçika ilə yoldaşlıq oyununda (3:2) İngiltərə U-15 millisində debüt edib.

18 yaşadək futbolçular arasında İngiltərə çempionatının 2023/2024 mövsümündə rusiyalı futbolçu bütün turnirlərdə üç oyunda iştirak edib və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Son xəbərlər