SİZİN REKLAM BURADA!
055 213 76 73


Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qrup mərhələsinin son oyununa çıxıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, rəqib Mərakeş yığması olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Qarşılaşmanın ilk setindən 25:20 hesabı ilə ayrılan Pərviz Səmədovun baş məşqçi olduğu kollektiv növbəti seti məğlub tərk edib - 22:25. Gərgin mübarizə şəraitində keçən üçüncü setdə Azərbaycan millisi 28:26 hesabı ilə üstün olub. Dördüncü setdə isə Mərakeş yığması daha açıq fərqlə yenilib - 19:25.

Beləliklə, qrupu 6 xalla 1-ci pillədə tamamlayan Azərbaycan millisi yarımfinala yüksəlib. Mərakeş isə 5 xalla 2-ci olub.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki görüşlərində Sudana 3:0 hesabı ilə qalib gəlib və eyni hesabla Kameruna uduzub. Mərakeş isə Sudanı 3:0, Kamerunu 3:2 hesabı ilə yenib. Daha bir qarşılaşmada Kamerun Sudanı məğlub edib - 3:0.

BAKU.WS