VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Evdə oynayırıq. Bu, bizə ruh verir. Maraqlı qarşılaşma olacaq. Rəqibin oyunçuları fərdi olaraq güclüdürlər".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Rapid"in baş məşqçisi Ferdinand Feldhofer "Neftçi"yə qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis doğma azarkeşlər önündə qalib gəlmək istədiklərini bildirib: "Böyük güc sərf etməliyik. Pressinq tətbiq edib, qol şansları yaratmalıyıq. Bakıda bəzi qol şanslarını boşa vermişik. Evdə bunu təkrarlamamalıyıq".

Feldhofer görüş ərzində hücuma üstünlük verəcəklərini diqqətə çatdırıb: "Müxtəlif imkanları və standart vəziyyətləri dəyərləndirməyə çalışacağıq. Qeyri-adi vəziyyət olsa, buna uyğun da oyun quracağıq".

Qeyd edək ki, iyulun 11-də oynanılacaq matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İlk qarşılaşmada "Neftçi" 2:1 hesabı ilə qalib gəlib

BAKU.WS