Fərid Qayıbov: "MMA idman növündə ciddi uğurlar qazanırıq"

"Ölkəmiz son vaxtlar MMA idman növündə də ciddi uğurlar qazanmaqdadır".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov son bir ayda MMA-da əldə olunan nailiyyətlər barədə öz qeydində yazıb.
Nazir bildirib ki, Rafael Fiziyevin UFC-də Azərbaycan bayrağı altında ilk qələbəsi, eləcə də Tofiq Musayevin dünyanın ən məşhur turnirlərindən biri olan “Bellator”da qələbə ilə debütü, Vüqar Kərəmovun isə Rizin Qran-Prisində qalib gəlməsi son bir aya sığan uğurlardır: "Daha bir idmançımız Nəriman Abbasovun da “Dana White Contender Series” çərçivəsində ABŞ-da LFA çempionu braziliyalı İsmael Bonfimə qarşı döyüşdə uğur qazanacağına inanırıq".
Oxşar xəbərlər
Bu gün dünyanın diqqəti Rafael Fiziyevə yönələcək
Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyev bu gün braziliyalı adaşı Rafael dos Anjosla qarşılaşacaq. BAKU.WS xəbər verir ki, onlar Las-Veqasdakı "UFC Apex"...
