SİZİN REKLAM BURADA!
055 213 76 73


"Neftçi" - "Rapid" oyunu başa çatıb.

BAKU.WS xəbər verir ki, oyunun sonunda daha bir qol vurulub. Belə ki, qarşılaşmanın 90+5-ci dəqiqəsində "Rapid" fərqi azaldıb.

Rəqibin qolunu Guido Burgstaller vurub

***

22.22

"Neftçi" "Rapid"lə oyunda ikinci qolu rəqibin qapısından keçirib.

BAKU.WS xəbər verir ki, oyunun 60-cı dəqiqəsində "Neftçi"nin futbolçusu Kenny Saief ikinci qolu rəqibin qapısından keçirib.

***

21.46

"Neftçi" - "Rapid" (Vyana) oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki, hesabı oyunun 43-cü dəqiqəsində "Neftçi"nin oyunçusu Ataa Jaber açıb.

***

21.00

Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində "Neftçi" - "Rapid" (Vyana) oyunu başlayıb.

BAKU.WS xəbər verir ki, qarşılaşmaya "Bakcell Arena"da 21:00-da start verilib.

Qarşılaşmanı xorvatiyalı hakimlər idarə edəcək.

BAKU.WS