DÇ-2026-da Fransa milli komandası həlledici matça ciddi itki ilə yollanır
DÇ-2026-nın 1/8 final mərhələsi çərçivəsində Paraqvayla üz-üzə gələcək Fransa milli komandası həlledici matça ciddi itki ilə yollanır.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, komandanın önəmli simalarından olan Orelyen Tçuameni bu vacib qarşılaşmada yığmaya kömək edə bilməyəcək.
Buna səbəb "Real Madrid"in yarımmüdafiəçisinin bud əzələsindən zədələnməsidir. 26 yaşlı futbolçunun bərpa prosesi ilə əlaqədar olaraq təxminən 4-5 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Xatırladaq ki, futbol azarkeşlərinin maraqla gözlədiyi Paraqvay - Fransa qarşılaşması bu gecə Filadelfiya şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.
Oxşar xəbərlər
Çimərlik güləşi üzrə beynəlxalq yarışlara qatılacaq Azərbaycan millilərinin heyəti müəyyənləşib
Çimərlik güləşi üzrə 2 nüfuzlu beynəlxalq yarışda iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib. Bu barədə BAKU.WS-ə Azərbaycan Güləş Federasiyasında...