Avqustun 21-də "Rio-2016” Yay Olimpiya Oyunlarının son günündə daha 3 idmançımız medal qazanıb.  
 
BAKU.WS-in məlumatına görə, sərbəst güləşçimiz Xetaq Qazyumov həlledici qarşılaşmada ABŞ idmançısı Kayl Frederik Snayderlə üz-üzə gəlib və rəqibinə məğlub olaraq Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

Azərbaycan boks yığmasının üzvü Lorenzo Sotomayor isə 64 kiloqram çəkidə həlledici döyüşə çıxıb. Sotomayorun finaldakı rəqibi özbəkistanlı idmançı Fazliddin Qaybnəzərov olub. Dünya və Asiya çempionatının gümüş mükafatçısına məğlub olan təcrübəli boksçumuz Olimpiadanın gümüş medalını qazanıb.

65 kiloqram çəki dərəcəsində çıxış edən digər sərbəst güləşçimiz Toğrul Əsgərov qızıl medal uğrunda mübarizədə rusiyalı Soslan Ramonova məğlub olaraq Rio Olimpiadasının gümüş medalını qazanıb.
 
Nazim Babayev
BAKU.WS