SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" və "Sürix" oyunu başa çatıb.

BAKU.WS xəbər verir ki, "köhlən atlar" səfərə 3:2 hesablı qələbə ilə yollanır.

***

21.30

"Qarabağ" və "Sürix" oyununda ardıcıl qol vurulub.

BAKU.WS xəbər verir ki, oyunun 65-ci dəqiqəsində "Sürix"in oyunçusu Landrit Kamberi hesab arasında fərqi azaltsa da "köhlən atlar" rəqibin qol sevincini gözündə qoyub. Belə ki, cəmi 20 saniyə ərzində İbrahima Vadji hesab arasında fərqi yenidən artırıb.

***

20.38

"Qarabağ" və "Sürix" oyununda daha bir qol vurulub.

BAKU.WS xəbər verir ki, 36-cı dəqiqədə "köhlən atlar"ın oyunçusu İbrahima Vadji hesab arasında fərqi artırıb. 

***

20.20

"Qarabağ" və "Sürix" oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki, qarşılaşmada hesabı 17-ci dəqiqədə "köhlən atlar"ın oyunçusu Kadi Borges açıb.

***

20.03

Bakıda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununa start verilib.

BAKU.WS xəbər verir ki, "Qarabağ" və "Sürix" komandası arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da başlayıb.

Görüşü Irfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edir.

BAKU.WS
VİDEO