SİZİN REKLAM BURADA!
055 213 76 73



"Turkcell Super Kubok"unun finalında "Qalatasaray" - "Beşiktaş"la üz-üzə gəlib.
 
BAKU.WS-in məlumatına görə, Konyada baş tutan qarşılaşma gərgin mübarizə ilə keçib. Hər iki klub bir neçə dəfə qola yaxın olsa da 90 dəqiqə ərzində topu tora göndərə bilməyiblər. 
 
Oyunda ilk qol əlavə edilmiş vaxtın 100-cü dəqiqəsinə təsadüf edib. "Qalatasaray"ın qolunu Hakan Balta vurub. "Beşiktaş"ın bu qola cavabı isə 107-ci dəqiqədə gəlib. Konyada əlavə vaxtda qalib müəyyənləşmədiyi üçün penaltilərə keçilib.

"Qalatasaray" penaltilərdən dəqiq istifadə edib. Qapıçı Musleranın ekstra performansı da klubun qalib gəlməsində böyük rol oynayıb. Tarixində 15-ci dəfə Super Kuboku qazanan "Qalatasaray" sezonu 2 kubokla taclandırıb.
 
Şahin Həbibov
BAKU.WS