SİZİN REKLAM BURADA!
055 213 76 73


İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

BAKU.WS Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, yarışın 4-cü günündə gənc qızlardan ibarət millinin son 3 üzvü mübarizəyə qoşulub.

Gültəkin Şirinova (53 kq) ilk mərhələdə finlandiyalı Roberta Luostarinenə tam üstünlüklə qalib gəlib - 12:0. Ancaq Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda ukraynalı Nataliya Klivçuktskayla bacarmayıb - 4:10.

Birgül Soltanova 1/8 finalda fransalı İris Tieboya tam üstünlüklə qalib gəlib - 10:0. Milli üzvü 1/4 finalda litvalı İneta Dantayteni vaxtından əvvəl xalçadan məyus yola salıb - 11:0. Yarımfinalda ukraynalı İrina Bondarı "tuşe" ilə məğlub edən Soltanova finala yüksəlib. Birgül həlledici görüşdə almaniyalı Luisa Şellə qarşılaşıb. Rəqibinə 4:3 hesabıyla qalib gələn Soltanova qızıl medalı boynundan asıb.

BAKU.WS